AZ

Cənubi Koreya 2030-cu ilə qədər yaşıllıqların sahəsini 60 faizə çatdırmağı planlaşdırır

Bakı, TurkicWorld

Cənubi Koreya şəhər yaşıllıqlarını artırmaq planını həyata keçirir və bu plan 2030-cu ilə qədər yaşıllıq örtüyünün 60 faizə çatdırılmasını nəzərdə tutur.

TurkicWorld xəbər verir ki, bu barədə Cənubi Koreyanın BMT-dəki daimi nümayəndəsi Yon Çxol Çju Bakıda keçirilən COP29 sammitində milli bəyanatla çıxış edərkən bildirib.

"Qlobal problemlər, məsələn, pandemiya dövründə belə biz bu işləri davam etdirdik", — deyə Yon Çxol Çju qeyd edib.

Onun sözlərinə görə, ölkə, həmçinin, "yaşıl" iqtisadiyyata keçid istiqamətində fəal işləyir, xüsusilə günəş və külək enerjisinə diqqət yetirir, eyni zamanda, davamlı inkişafı təmin etmək üçün orta və uzunmüddətli yaşıl inkişaf planını hazırlayıb.

"Biz, həmçinin, İtki və Zərər Fondu da daxil olmaqla, Paris Sazişlərinin həyata keçirilməsi üçün mexanizmlər yaratmağa çalışırıq", — deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
4
2
turkic.world

3Mənbələr