AZ

Trampla Zelenski arasında gizli razılaşma: Güc balansı dəyişir

ABŞ -da keçirilən prezident seçkilərində qalib gələn Donald Trampla Ukrayna lideri Vladimir Zelenski arasında nüvə silahı ilə bağlı saziş bağlana bilər.

Publika.az xəbər verir ki, kütləvi qırğın silahlarının Kiyevə ötürülməsi şərtlərini Britaniyanın “Express” nəşri yayıb.

Trampın seçkilərdə qalib gəlməsi Ukraynada bunun Vaşinqtonun Kiyevə yardımına necə təsir edəcəyi ilə bağlı bir sıra narahatlıqlara səbəb olub.

Kiyevdə Trampın Ukraynanı atəşkəslə bağlı danışıqlara məcbur edə biləcəyi ilə bağlı narahatlıqlara baxmayaraq, ekspertlərdən biri gələcək Amerika liderinin fərqli yanaşma sərgiləyəcəyini proqnozlaşdırır.

Belə ki, hərbi ekspert Nikolas Drummond hesab edir ki, Tramp Kiyevi nüvə silahı ilə təmin edə bilər.

“Razılaşma çox gizli aparıla və Ukrayna birdən-birə çox güclənə bilər”, - ekspert qeyd edib.

Seçilən
19
publika.az

1Mənbələr