AZ

Livanda fransız əsgərlərə hücum olub

Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Qüvvələrinə (UNIFIL) daxil olan fransız əsgərləri hücuma məruz qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, hücum nəticəsində itki olmayıb. 

"Həmin gün Fransa sülhməramlılarından ibarət UNIFIL patrulu da atəşə tutulub, lakin onlardan heç biri xəsarət almayıb", - deyə bildirilib.

Fransa Xarici İşlər Nazirliyi də bir daha atəşkəsə və bütün tərəfləri BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə əməl etməyə çağırıb.

Seçilən
17
operativmm.az

1Mənbələr