AZ

Paytaxt təhlükədə: Bu ölkə də Kiyevdəki səfirliyini bağladı

ABŞ-dan sonra İtaliyanın da Kiyevdəki səfirliyi paytaxtın kütləvi atəşə tutulması təhlükəsi səbəbindən diplomatik şöbənin bağlandığını elan edib.

Publika.az xəbər verir ki, bu barədə "Viaqqiare Sikuri" nəşri məlumat yayıb.

"Ehtiyat tədbiri olaraq, Kiyevdəki səfirlik bu gün ziyarətçilər üçün bağlı olacaq, lakin o, fəaliyyətini davam etdirir", - deyə İtaliya səfirliyinin rəsmi saytında qeyd olunub.

Qeyd edək ki, ABŞ və İspaniya səfirlikləri bundan əvvəl bu gün fəaliyyətini dayandırmışdı. Səbəb eynidir - Rusiyadan güclü hava hücumu təhlükəsi.

Seçilən
14
publika.az

1Mənbələr