Bakı. Trend:
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan MədəniyyətMərkəzinin təşkilatçılığı ilə Nizami adına Daşkənd Dövlət PedaqojiUniversiteti ilə birlikdə Azərbaycan Respublikasında 2024-cü il“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-a həsredilmiş ağacəkmə aksiyası keçirilib.
Bu barədə Trend-ə mərkəzdən məlumat verilib.
Bildirilib ki, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzininəməkdaşları, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvləri,universitetin professor-müəllim heyəti, tələbələr iştirak edib.
Sözügedən universitetin birinci prorektoru Vahobjon RajapovBakıda keçirilən COP29 haqqında məlumat verərək bu mühüm tədbirdəÖzbəkistan Prezidenti Şavkat Mirziyoyev, Özbəkistan Ali MəclisSenatının sədri Tənzilə Narbayeva və digər şəxslərin də iştiraketdiyini, Özbəkistan nümayəndə heyətinin COP29 çərçivəsindəkeçirilən müxtəlif görüşlər keçirdiyini vurğulayıb. O deyib ki,Azərbaycanda keçirilən bu mötəbər tədbirdə qaldırılmış iqlim vəekoloji problemlər Özbəkistan üçün də olduqca aktualdır və buməsələlərin həlli ilə bağlı Özbəkistan dövləti tərəfindən müvafiqaddımlar atılır, proqramlar həyata keçirilir.
Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adınaAzərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyevbu il Azərbaycanda keçirilən “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində görülən işlər haqqında məlumat verib.Azərbaycan-Özbəkistan münasibətləri haqqında danışan N. Əlimirzəyevdeyib ki, Özbəkistan işğaldan azad olunmuş torpaqlarımızda gedənquruculuq işlərində çox yaxından iştirak edir. ÖzbəkistanPrezidentinin COP29 çərçivəsində Azərbaycana səfəri zamanı Xankəndişəhərində Özbəkistan dövləti tərəfindən yaradılmış tikiş fabrikininvideobağlantı vasitəsilə açılışı bu görülən işlərin məntiqidavamıdır. İqlim dəyişikliyi və ekoloji problemlərdən əziyyət çəkənölkələr arasında Özbəkistanın da olduğunu qeyd edən N.Əlimirzəyevtəbiətin qorunması və bərpasının vacib addım olduğunu vurğulayaraqbugünki aksiyanın ali tədris ocağında tələbələrin iştirakı iləhəyata keçirilməsində məqsədin gənclər arasında təbiətə sevginiaşılamaq, ekologiyanın qorunması və bərpasında onların yaxındaniştirak etmələrini təmin etməkdir. Sözügedən aksiyanın məhz COP29tədbirinin təşkil edildiyi tarixlərdə həyat keçirilməsinin xüsusiönəm daşıdığını vurğulayan N.Əlimirzəyev bununla bir daha özbəkcəmiyyətinin diqqətini ölkəmizdə baş tutan bu mötəbər tədbirə vəqlobal ekoloji problemlərə yönəltmək olduğunu qeyd edib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru,professor Erkin Nuriddinov Yaşıl Dünya Naminə Həmrəylik İliçərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə baştutan bu ağacəkmə aksiyasına yüksək qiymət verib. O bildirib ki, bukimi tədbirlər gənc nəslin ətraf mühitin qorunması, təbiəti sevməsiistiqamətində mühüm addımlardan biridir.
Tədbir çərçivəsində ekoloji fəsadlardan irəli gələn iqlimdəyişikliklərini əks etdirən fotolardan ibarət sərgi də nümayişetdirilib.
Sonra mərkəzin əməkdaşları, universitetin professor-müəllimheyəti və tələbələr ağacəkmə aksiyasında iştirak ediblər.