1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 20-də İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Reza Salehi Amiri ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğu məmnunluqla vurğulanıb.
Azərbaycanın COP Sədrliyi dövründə müəyyən etdiyi prioritetlərdən birinin də turizm sahəsində iqlim fəaliyyəti olduğu diqqətə çatdırılıb.
Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin hazırkı vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.