AZ

15 yaşlı oğlan sevgilisini restorana apardı- Borc üstünə borc gəldi


Malayziyada yeniyetmə qız dostunu sevindirmək və ona sevdiyi yeməyi sifarilş etmək üçün başını bəlaya salıb.


“Medicina” xəbər verir ki, bu barədə dini mərkəzin rəhbəri Faraz idrus danışıb.

Oğlan sevdiyi qızın xüsusu sousda balıq yeməyini sevdiyi üçün ona sürpriz etmək istəyib.

Restoranda nə qədər xərci çıxacağını öyrənib. Pulu olmadığından internetdən sələmə pul verən firmadan müəyyən məbləğ götürüb.

Qızla restorana getmək ona 180 dollara başa gəlib.

Lakin borcu faizi ilə ödəmək vaxtı gələndə yenə də pul tapmayıb. O, valideyninə məsələni açmaqdan qorxaraq, bu dəfə digər kontorlardan pul alıb, bunu ödəyib. Beləcə ayrı-ayrı yerlərdən 11 dəfə pul götürüb. Borc yığılaraq 2800 dolları keçib.

Nəhayət tutulacağını və ya hədə -qorxu gəlindiyini görən yeniyetmə məsələni valideynlərinə açıb.

Daha sonra o, evdən gedərək dayısının yanında qalıb. Çünki evə getməyə utanır.


Aygün Musayeva

Seçilən
9
medicina.az

1Mənbələr