Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 20-də İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Reza Salehi Amiri ilə görüşüb.
Hafta.az Nazirlər Kabinetinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğu məmnunluqla vurğulanıb.
Azərbaycanın COP Sədrliyi dövründə müəyyən etdiyi prioritetlərdən birinin də turizm sahəsində iqlim fəaliyyəti olduğu diqqətə çatdırılıb.
Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin hazırkı vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.