AZ

Dekabrda 113 dövlət əmlakı satışa çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dekabrın 4-də keçiriləcək hərraca “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının balansında olan 1 bağ evi, 6 fərdi yaşayış evi, 9 torpaq sahəsi və 34 qeyri-yaşayış sahəsini çıxarıb.

Dövlət Xidmətindən Modern.az-a verilən məlumata görə, dekabrın 17-də keçiriləcək hərraca buraxılış tarixləri 2005-2016-cı illəri əhatə edən 63 nəqliyyat vasitəsi çıxarılıb.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə //clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

Seçilən
6
6
modern.az

8Mənbələr