AZ

Hesabat üzrə baş mütəxəssis - VAKANSİYA

"Azerconnect" MMC, Hesabat üzrə baş mütəxəssis (Reporting Senior specialist) vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • MHBS və daxili siyasətə uyğun olaraq müntəzəm olaraq maliyyə/qeyri-maliyyə müstəqil/konsolidə edilmiş hesabatların vaxtında təqdim etmək;
  • Maliyyə hesablarındakı dəyişikliklərin, dalğalanmaların və meyllərin aylıq, rüblük və illik təhlilini aparmaq;
  • İllik audit yoxlaması zamanı və illik auditin son tarixə uyğun olaraq yekunlaşdırılması zamanı kənar auditorlara dəstək verməkdən məsul olmaq;
  • Maliyyə hesabatlarındakı dəyişikliklərin, dalğalanmaların və meyllərin aylıq, rüblük və illik təhlilini aparmaq;
  • Texniki (Excel, Powerpoint və s.) bacarıqların və nəzəri biliklərin (ACCA sertifikatı, IFRS təlimləri və s.) daim təkmilləşdirilməsi;
  • Aktiv olmaq və davamlı olaraq menecerdən yeni tapşırıqlar istəmək;
  • Hər bir tapşırığa maksimum səy göstərmək və son nəticəni əldə etmək üçün bütün imkanlardan istifadə etmək; 
  • Hesabatlılıq prosesinin yaxşılaşdırılması üçün yeni fikirlərin irəli sürülməsi və həyata keçirilməsi.

Tələblər:

  • Mühasibatlıq, Maliyyə, Vergi və ya İqtisadiyyat sahəsində ali təhsil;
  • Müvafiq sahədə 3 il iş təcrübəsi;
  • Əlavə ixtisas (məsələn, ACCA, CIMA və ya CFA) üzrə beynəlxalq sertifikatlar;
  • Yüksək dərəcədə MS Office/MS Excel/MS PowerPoint bacarıqları;
  • Azərbaycan dilini səlis, Rus və İngilis dillərini yaxşı bilmək.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az

Seçilən
45
46
fins.az

10Mənbələr