Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan vətəndaşlarımıza çağırış edib.
“Qafqazinfo” xəbər verir ki, səfirlik bununla bağlı müraciət yayıb.
Müraciətdə bildirilir ki, təhlükəsizlik risklərinin artması ilə bağlı yayılmış məlumatları nəzərə alaraq 21-22 noyabr tarixlərində konsulluq qəbulu aparılmayacaq.
“Səfirlik Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi və yerli dövlət orqanlarının bütün tövsiyələrinə əməl olunması, hava həyəcanı siqnalına riayət olunmaqla sığınacaqlara keçmələrini bir daha xahiş edir. Konsulluq qəbulunun aparılmayacağı bu tarixlərdə vətəndaşlarımızın üzləşə biləcəkləri, təcili və təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarla bağlı +380 95 056 95 57 telefon nömrəsinə zəng vurmağı xahiş edirik”, - müraciətdə qeyd olunub.