ABB mobile tətbiqində yeni bir funksiya istifadəçilərə təqdim olunub. Bu, ABB müştərilərinin rahatlığı üçün yaradılmış “Həvalə et” funksiyasıdır.
Axar.az xəbər verir ki, tətbiq istifadəçiləri bu funksiyadan faydalanmaqla ABB filiallarında bəzi bank əməliyyatlarını onların adından həyata keçirmək üçün başqa şəxslərə etibarnamə verə bilərlər. Bu halda müştərinin özünün filiala getməsinə ehtiyac qalmır. İstifadəçi rəsmiləşdirməni SİMA imzası vasitəsilə həyata keçirir.
Bank əməliyyatlarını başqasına həvalə etmiş müştəri tətbiqdə aktiv etibarnaməsinin detallarını görə, etibarnaməni istədiyi zaman ləğv edə bilir. Bank əməliyyatları həvalə edilmiş şəxs tətbiq istifadəçisi olduqda, ona da bu barədə bildiriş göndərilir!
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.