AZ

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər (FOTO)

Bakı. Trend:

2024-cü il noyabrın 20-də Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun növbəti iclası keçirilib.

Trend-in məlumatına görə,iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin2024-cü il 19 noyabr tarixli Sərəncamı ilə birinci instansiyaməhkəmələrinə təyinat alan 34 hakimin andiçmə mərasimi olub.

Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləritəbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Sədr məhkəmə hakimiyyətinin nüfuzunun artırılması istiqamətindəgörülmüş işlərdən danışıb, yeni hakimlərə şərəfli hakim adını hərzaman uca tutmağı, ədalətli, vicdanlı və məsuliyyətli olmağıtövsiyə edib.

Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub.Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasənədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına vəQanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyatakeçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyubsaxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarınaand içiblər.

Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusigeyim forması və xidməti vəsiqə təqdim olunub.

Daha sonra yeni təyin olunmuş hakimlər Cavanşir Nəbiyev vəAytəkin İbrahimova çıxış edərək, onlara göstərilən yüksək etimadıdoğruldacaqlarına və ədalət mühakiməsinin prinsiplərinə dönmədənəməl edəcəklərinə söz veriblər.

Yeni
Yeni
Yeni
Yeni
Yeni
Yeni
Seçilən
18
36
az.trend.az

10Mənbələr