AZ

Azərbaycan COP29-da konsensusa nail olmaq üçün əlindən gələni edir - ABŞ səfiri

"Mən başa düşürəm ki, COP29-da çox çətin məsələlər var. ABŞ komandası hədəflərdən və təsirlərin azaldılmasından tutmuş maliyyələşdirməyə qədər hər şeyi nəzərdən keçirir. Bütün bu suallar mürəkkəbdir, lakin buna görə də biz onların üzərində işləmək üçün buradayıq".

"Unikal" xəbər verir ki, bu sözləri Trend-ə açıqlamasında ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi deyib. 

O, qeyd edib  ki, Azərbaycan sədrliyi COP29-da konsensusa nail olmaq üçün əlindən gələni edir.

Səfir tərəflərin bir az səy və bir qədər xoş niyyətlə hər kəsi razı salacaq və iqlim böhranı problemini həll edəcək bir razılığa gələ biləcəyinə əmin olduğunu ifadə edib.

"COP29-dan böyük ümidlərim var", - M.Libbi bildirib.

M.Libbi iqlim dəyişikliyi ilə mübarizədə gənclərin iştirakının vacibliyini vurğulayıb.

"Bu kimi tədbirlər mənə iqlim dəyişikliyi ilə mübarizə qabiliyyətimiz üçün çox ümid verir, çünki o, böyük problemlərə baxan və onların həlli yollarını tapan yenilikçi, ilhamlı və ağıllı gəncləri bir araya gətirir. Onlara dəstək olmaq mənim və səfirlikdəki komandam üçün əsl şərəfdir. Əminəm ki, onlar Azərbaycan üçün əla iş görəcək və bütün dünyada iqlim problemlərinin həllinə mühüm töhfə verəcəklər", - səfir əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
28
50
unikal.az

10Mənbələr