İtaliyanın "İnter" klubunun və Argentina millisinin hücumçusu Lautaro Martines DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Peru ilə matçda (1:0) qol vurub .
Fanat.Az xəbər verir ki, o, bu qol sayəsində millidə vurduğu qolların sayını 32-yə çatdırıb.
Argentina Futbol Assosiasiyasının məlumatına görə, 27 yaşlı forvard bu göstəriciyə görə əfsanə Dieqo Maradonaya çatıb.
O, yalnız 4 futbolçudan - Lionel Messi (112 qol), Qabriel Batistuta (54), Serxio Aquero (42) və Ernan Krespodan (35) geri qalır.
Mirağa