İran Prezidenti Məsud Pezeşkian İran paytaxtının köçürülməsi üzrə tapşırıq verib
Referans.az Publika.az-a istinadən xəbər verir ki, Pezeşkian bu gün Tehranda bəzi vilayətlərin nümayəndələri ilə görüşdə bu məsələdən danışıb.
Onun sözlərinə görə, paytaxtın köçürülməsi üzrə tədqiqatlar artıq başlanıb, məsələ 1-ci vitse-prezident Məhəmməd Rza Arifə həvalə olunub.
"Bu məsələ diqqət mərkəzində saxlanılmasa, gələcəkdə ətraf mühit problemləri və başqa problemlər yaranacaq", - Pezeşkian vurğulayıb.