AZ

ABŞ Qəzzada BMT-nin atəşkəs qətnaməsini bloklayıb

Birləşmiş Ştatlar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT) Qəzzada atəşkəs və girovların azad edilməsini tələb edən qətnamə layihəsini bloklayıb. 

 

Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

Noyabrın 13-də Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Rusiya Qəzza zolağında dərhal atəşkəs və girovların azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri tərəfindən hazırlanmış qətnamə layihəsini dəstəkləyir. Nebenzya qeyd edib ki, bu layihənin qəbulu Fələstin və İsrail arasındakı münaqişənin hazırkı dalana dirənməsi istiqamətində düzgün addım və sülh prosesinin yenidən başlaması üçün bir proloq olacaq. Daimi Nümayəndə diqqətə çatdırıb ki, Yaxın Şərqdə ədalətli və davamlı sülhə nail olmaq üçün başqa yol yoxdur.

 

Axios-un məlumatına görə, ABŞ prezidenti Co Bayden seçilmiş dövlət başçısı Donald Trampdan Həmas girovlarının azad edilməsində və Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunmasında ona kömək etməsini istəyib.

 

İnci

Seçilən
3
1
sfera.az

2Mənbələr