AZ

“Milli üçün ən ideal qrup “vatsap” qrupudur, nə vaxt istəsə, qrupdan çıxa bilər”

Azərbaycan millisi tarixində növbəti faciə ilə üzləşdi.

Millətlər Liqasının sonuncu oyununda Stokholmda İsveçlə qarşılaşan Fernando Santuşun rəhbərlik etdiyi kollektiv meydanı 0:6 hesablı məğlubiyyətlə tərk etdi.

İndi hər kəs günahkar axtarır. İllərdir ölkə futbolunun inkişafı naminə xərclənən milyonların havaya sovrulması hazırkı vəziyyətə gətirib çıxarıb.

Əvvəlki və indiki AFFA rəhbərliyinin yarıtmaz fəaliyyəti aşağı yaş qruplarından ibarət milliləri iflic edib, Azərbaycan seçməsinin D Liqasına yuvarlanması ilə nəticələnib.

Milli burada Andorra, Lixtenşteyn, Litva kimi rəqiblərlə mübarizə aparacaq.

Xüsusən son iki oyundakı nəticələr ölkə futbolsevərlərini inanılmaz dərəcədə sarsıdıb. Hər kəs əsəbini hansısa yolla soyutmağa çalışır ki, bu gün üçün ən sadə yol sosial şəbəkə platformalarında şərh bildirməkdir.

Elə isə, ürəyi futbolla döyünən azərbaycanlıların Azərbaycan yığması ilə bağlı yazdıqlarına nəzər salaq:

“Bunlara D qrupu da çoxdur. Millimiz üçün ən ideal qrup “whatsapp” qrupudur. Nə vaxt istəsə, qrupdan çıxa bilər”.

“Özünüzə hörmət etmirsiniz, bilirik. Heç olmasa bayrağımıza hörmət edin”.

“Qalib millətin bədbəxt millisi”.

“Bu nəticələrdən sonra Azərbaycan millisi FİFA-nın reytinq cədvəlində 5 pillə geriləyərək siyahıdan çıxıb”.

“Ölün, yerə girin, qayıtmayın bura. Vətənin, torpağın suyu da, çörəyi də sizə haram olsun”.

“Düşmənə ehtiyacımız yoxdur. Sağ olsun AFFA, ölkəmizi necə lazımdır “tanıdır”.

“O boyda müharibənin qalibi olan xalqa bu nəticələr yaraşmır. Ləğv edin milli komandanı, bəsdir biabır olduq”.

“Bu cür ölkənin belə millisi olar? Həqiqətənmi bunlarda milli ruh yoxdur? Vallah, bu, bizə yaraşmır”.

“Millinin oyunundan şəxsən həzz alıram. Xəcalətin hər növünü yaşadır adama”.

“Onsuz da millidəkilərin əksəri “Qarabağ”ın futbolçularıdır. Qurban Qurbanovu baş məşqçi qoysunlar, Azərbaycan millisinin adı altında “Qarabağ”ı oynatsın”.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
27
sportinfo.az

1Mənbələr