AZ

Baş katib: “Bakıda mikromobillik zolaqlarının genişləndirilməsi müsbət inkişafdır”

“Azərbaycanda elektriklə işləyən avtobuslardan istifadə dayanıqlı ictimai nəqliyyata doğru atılmış təqdirəlayiq addımdır”.

Bizim.Media xəbər verir ki, bunu COP29 çərçivəsində “Yaşıl şəhər nəqliyyatı” mövzusunda keçirilən nazirlərin yüksəksəviyyəli dəyirmi masasında çıxışı zamanı Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yon Te Kim deyib.
 

“Azərbaycanın səyləri London, Santyaqo, Stokholm və dünyanın digər böyük şəhərlərində aşağı və sıfır emissiyalı avtobus parklarını genişləndirmək kimi qlobal tendensiyalara uyğundur. Həmçinin Bakı şəhərində mikromobillik zolaqlarının genişləndirilməsi müsbət inkişafdır. Çünki onlar təhlükəsizliyi artırır və qısa səfərlər üçün şəxsi avtomobillərdən asılılığı azaldır” - deyə Baş katib qeyd edib.


Onun sözlərinə görə, mikromobillik infrastrukturunu genişləndirən Azərbaycanın mobillik nəticələrini maksimum dərəcədə artırmaq üçün bunu şəhərsalma məqsədləri ilə inteqrasiya etməsi vacibdir.

Bizim.Media

Seçilən
5
4
bizim.media

7Mənbələr