AZ

İranın paytaxtı dəyişir?

İranın

İran prezidenti Məsud Pezeşkian Tehranda Hörmüzqan və Sistan-Bəlucistan əyalətlərinin parlament üzvləri ilə görüşüb.

Xalqcebhesi.az-ın Türkiyənin “sabah.com.tr” saytına istinadən xəbərinə görə, görüş zamanı ölkənin cənub və cənub-şərqində yerləşən dövlətlərin inkişafı və ekoloji problemləri müzakirə olunub. Prezident paytaxtın Tehrandan başqa bir şəhərə köçürülməsinin lazım olduğunu, bu istiqamətdə gərəkli işlərə başladıqlarını və birinci vitse-prezident Məhəmməd Rza Arifə göstəriş verdiyini bildirib. M.Pezeşkian, “Məsələni görməzlikdən gəlsək, gələcəkdə ölkə olaraq böyük ekoloji böhran və problemlərlə üzləşə bilərik" deyib.

Tehranın paytaxt olaraq qalmasının dayanıqlı olmadığını vurğulayan M.Pezeşkian şəhərin həll edilməmiş problemlərinə diqqət çəkərək, "Tehran üçün nə etsək də vaxt itiririk. Ölkənin yeni iqtisadi və siyasi mərkəzini daha cənuba və dənizə yaxın nöqtəyə köçürməliyik” deyə qeyd edib.

Seçilən
2
1
xalqcebhesi.az

4Mənbələr