AZ

Bakıda qəzalı vəziyyətdə olan binanın sakinlərinə istilik də verilmir VİDEO

5 mərtəbəli, 90 mənzilli bina qəzalı vəziyyətdədir...

Xezerxeber.az xəbər verir ki, Bakının Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev 39 ünvanındakı binanın sakinlərinin bir hissəsi köçürülsə də, digər hissəsi hələ də həmin ünvanda yaşayır.

Bu azmış kimi, binaya istilik verilməməsi sakinlərin vəziyyətini daha da çətinləşdirib.

Evlərin divarı çatlayıb, bəzi hissələrdə çökmələr baş verib. Sakinlər deyirlər ki, problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət ünvanlayıblar.

Binanın qazanxanasının üzərinə isə istinad divarı çöküb.

137 saylı mənzil-kommunal sahəsinin rəisi Nazir Zeynalov "Xəzər Xəbər"ə açıqlamasında balanslarında olan 39, 41 və 43 saylı binaların qəzalı olması ilə bağlı aidiyyəti qurumların məlumatlandırıldığını, artıq 30 ailənin köçürüldüyünü bildirib.

"Azəristilik" Açıq Səhmdar Cəmiyyətindən bildirildi ki, həmin ünvan sürüşmə zonasına daxil olduğu üçün binaya istilik verilməsi qeyri-mümkündür.

Fövqəladə Hallar Nazirliyindən məsələyə münasibət öyrənmək cəhdlərimiz alınmadı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
17
xezerxeber.az

1Mənbələr