Bakı. Trend:
Ardıcıl ikinci il ABŞ-da təhsil alan azərbaycanlı tələbələrinsayında əhəmiyyətli artım qeydə alınıb.
Trend bu barədəABŞ Dövlət Departamentinə istinadən xəbər verir.
ABŞ-ın Azərbaycandakı səfirliyi bildirir ki, 2023-2024-cü tədrisili ərzində ABŞ-da 1130 azərbaycanlı təhsil alır. Bu, əvvəlki illəmüqayisədə 25,4 faiz artım deməkdir. Bu münasibətlə səfirlik Bulvarərazisində yerləşən COP29 İnformasiya Məntəqəsində azərbaycanlıtələbələrin nailiyyətlərini qeyd etmək üçün xüsusi tədbir təşkiledib.
Tədbirdə çıxış edən ABŞ səfiri Mark Libbi bildirib: "Aydındırki, Amerika Birləşmiş Ştatlarında təhsil almağı qarşısına məqsədqoyan azərbaycanlılar getdikcə daha çox uğur qazanırlar. ABŞdünyanın hər yerindən gələn 210-dan çox ölkə və regionun tələbələriüçün ən cəlbedici təhsil məkanıdır."
Səfirlik qeyd edib ki, ABŞ 1,126,690 beynəlxalq tələbə iləbeynəlxalq təhsil üçün qlobal miqyasda ən yaxşı istiqamət kimitanınır. Beynəlxalq tələbə mobilliyi diplomatiya, innovasiya,iqtisadi rifah və milli təhlükəsizlik baxımından mühüm roloynayır.
ABŞ Dövlət katibi Antoni Blinken isə bildirib: "Beynəlxalqmübadilələr kritik məsələlərdə əməkdaşlıq etməyimizə kömək edənyeni əlaqələr yaradır... Buna görə də beynəlxalq təhsildiplomatiyamızın və milli təhlükəsizliyimizin vacibhissəsidir."
Ətraflı məlumat Beynəlxalq Təhsil Mübadiləsi üzrə illik AçıqQapılar Hesabatında mövcuddur. Bu hesabat Beynəlxalq Təhsilİnstitutu (IIE) tərəfindən hazırlanıb və ABŞ ilə beynəlxalq tələbəmobilliyinə dair ətraflı məlumat təqdim edir. Hesabat, BeynəlxalqTəhsil Həftəsi (18-22 noyabr 2024-cü il) çərçivəsində ABŞ DövlətDepartamenti və ABŞ Təhsil Departamentinin birgə təşəbbüsü ilə dərcedilib. Hesabatı opendoorsdata.org saytından əldə etmək mümkündür.
ABŞ-da təhsil imkanları, o cümlədən təqaüdlər barədə daha çoxməlumat əldə etmək istəyən tələbələr və valideynlər aşağıdakıresurslardan faydalana bilərlər:
EducationUSA ABŞ Dövlət Departamentinin beynəlxalq tələbəməsləhət mərkəzlərinin qlobal şəbəkəsidir. Şəbəkə ödənişsiz xidmətgöstərir və ABŞ-da akkreditə olunmuş təhsil müəssisələrində təhsilalmaq imkanları haqqında dəqiq, əhatəli və yenilənmiş məlumattəqdim edir. Bununla da dünya üzrə tələbələrə ABŞ ali təhsilinitəbliğ edir.