AZ

Türkiyədə 10 körpəni qəsdən öldürən tibb işçiləri ilə bağlı hesabat üzə çıxdı


Türkiyənin gündəmini zəbt edən və ictimaiyyətdə böyük hiddət yaradan "Yenidoğan" qruplaşmasının məhkəmə prosesi davam edir və yeni faktlar üzə çıxır.

Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, sözügedən dəstə sağlam körpələri müqavilə bağladıqları xəstəxanaların reanimasiya şöbələrində qəsdən saxlayaraq Sosial Müdafiə Qurumundan (SGK) pul alıb və yanlış müalicə nəticəsində çox sayda körpənin ölümünə səbəb olub.

Məlum olub ki, dəstənin cinayətkar əməlləri təkcə körpələrlə məhdudlaşmayıb, həmçinin yetkin xəstələr üzərində də eyni hərəkətləri tətbiq ediblər.

Prokurorluğun hazırladığı iddianamədə dəstənin 19 səhiyyə müəssisəsində fəaliyyət göstərdiyi və 10 körpənin ölümünə səbəb olduğu bildirilib.

İttiham aktında yer alan 47 müttəhimin əksəriyyətinin səhiyyə işçiləri olduğu qeyd edilib.

Məlumata görə, Səhiyyə Nazirliyinin müfəttişlərinin hazırladığı təftiş hesabatı ortaya çıxıb.

Hesabatda körpələrin hansı səbəbdən öldükləri, tətbiq edilən müalicə üsullarının doğru olub-olmadığı və ya ümumiyyətlə müalicənin tətbiq edilib-edilmədiyi və baş verənlərə görə kimlərin məsuliyyət daşıdığı müəyyən edilib.

Hesabatda "Yenidoğan" qruplaşmasının əməlləri nəticəsində həyatını itirən körpələrin ölüm səbəbləri və buna görə məsuliyyət daşıyan şəxslərin adları yer alıb.


Seçilən
35
3
nuh.az

4Mənbələr