AZ

“Bank of America” analitikləri neft qiymətlərinin ucuzlaşacağını proqnoz edirlər

Fins.az - Donald Trampın vergi siyasətinin tətbiqi fonunda neft qiymətləri kəskin şəkildə ucuzlaşa bilər. “Bank of America”-nın ekspertləri bildiriblər ki, seçilmiş prezidentin vergi sistemi çox güman ki, qlobal ticarəti məhdudlaşdıracaq, neft və qaz qiymətlərini endirəcək. 

Donald Tramp seçkilərdə qalib gəldikdən sonra Çindən başqa bütün ölkələrdən idxala 10%-20%, bütün Çin idxalına 60% rüsum və ABŞ hüdudlarından kənarda istehsal olunan bütün avtomobillərə 100% rüsum tətbiq edəcəyinə söz vermişdi. Bundan əlavə, seçki kampaniyası zamanı Tramp ABŞ-da neft hasilatını artıraraq enerji qiymətlərini aşağı salacağına söz verib.

“Amerikada neft qiymətləri istehsalçıların nə qədər məhsul istehsal edəcəyini müəyyənləşdirir və məncə, qiymətlər üçün daha böyük risk əslində tariflərdən qaynaqlanır. Potensial olaraq bir ticarət müharibəsi yaşaya bilərik” - deyən ekspertlər, ticarət müharibəsinin dünya miqyasında neft tələbini aşağı salacaq əsas səbəb olduğunu söyləyirlər.

Qeyd etmək lazımdır ki, ABŞ-ın neft hasilatı avqust ayında tarixi maksimuma çatıb və gündəlik 13.4 milyon barrel təşkil edib.

Bununla belə, “Bank of America” analitikləri qeyd ediblər ki, neft qiymətləri Yaxın Şərq və Ukraynadakı geosiyasi gərginlik səbəbindən arta bilər. İlk prezidentlik dövründə Tramp İran və Venesuelaya qarşı sərt sanksiyalar tətbiq etdi. Bundan əlavə, senator Marko Rubionun dövlət katibi vəzifəsinə potensial təyinatı bu ölkələrə qarşı sanksiyalar siyasətinin qaytarılmasına gətirib çıxara bilər.

Seçilən
16
47
fins.az

10Mənbələr