AZ

Erməni diasporu liderinin oğlu qızı saçından tutub sürüdü - VİDEO - FOTO

Rusiyada insanların gözü qarşısında qızı saçlarından sürüyən, ona və kafenin müştərilərinə təhqiramiz sözlər deyən şəxsin görüntüləri yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, video sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.

Məlum olub ki, qalmaqallı hadisənin iştirakçısı erməni diasporunun lideri Petik Aspoyanın 25 yaşlı oğludur.

Kadrlardan onun qızın saçlarından tutaraq üstünə qışqırdığı və zalda sürüdüyü görünür. Həmçinin onun yoluna çıxan başqa bir qız da zərər çəkir.

Məlumata görə, Rusiya İstintaq Komitəsinin Saratov vilayəti üzrə İstintaq İdarəsi faktla bağlı cinayət işi açıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
36
2
milli.az

3Mənbələr