AZ

Bu ərazilərdə internet KƏSİLƏCƏK

Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikasının (MR) bəzi ərazilərində internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Hafta.az xəbər verir ki, bu barədə Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 20-si saat 23:55-dən noyabrın 21-i saat 03:00-dək Şahbuz rayonunda, noyabrın 21-i saat 23:55-dən noyabrın 22-si saat 03:00-dək isə Sədərək rayonunda texnoloji infrastrukturda profilaktik təmir-bərpa işləri həyata keçirəcək.

Nazirlikdən verilən məlumata görə, təxirəsalınmaz işlər görülən müddətdə adıçəkilən rayonlar üzrə internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yarana bilər.

Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet və rabitə xidmətlərinin fəaliyyəti tam bərpa ediləcək.

Seçilən
5
49
hafta.az

10Mənbələr