ABB-nin "Faydalı keşbek” loyallıq proqramı üzrə
1-15 noyabr tarixləri arasında elan etdiyi kampaniya böyük maraqla qarşılanıb.
Bankın kampaniya çərçivəsində təklif etdiyi "Zəfər paketi”ni 54 770 müştəri seçib.
Bank onların
qazandıqları keşbek məbləği qədər vəsaiti YAŞAT Fonduna ianə edib. Yəni, həm
qazandıqları keşbek məbləği müştərilərin kart hesablarında qalıb, həm də ABB öz
hesabına bu qədər məbləği YAŞAT Fonduna ianə olaraq köçürüb.
Qeyd edək ki, YAŞAT Fondu 2020-ci ilin dekabrında
yaradılıb. Fondun məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi
ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstəkdir. YAŞAT
Fondu yeni yaradılarkən ABB Fonda ilk ianə göstərən kommersiya qurumlarından
olub. Bank YAŞAT Fonduna 1 milyon manat məbləğində ianə edib.
www.anews.az