İspaniya millisinin və "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri ispan futbolçuların qazandığı "Qızıl top"ların sayından danışıb.
Oxu24.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"İspaniya tarixin ən böyük dövrlərindən birini keçirdi, ən güclü futbolçulardan bəziləri burada idi, ona görə də qəribə idi ki, bizim yalnız bir "Qızıl top"umuz var idi, amma o zaman iki Marslının, Messi və Ronaldonun dövrü idi, indi onların dövrləri keçdi", - Rodri deyib.
Xatırladaq ki, Rodri ötən mövsümün nəticələrinə görə "Qızıl top"u alıb.