AZ

"Rusiyaya Qərb raketləri və sistemləri ilə zərbələr müharibənin xarakterini dəyişəcək"- ISW

Ukrayna Silahlı Qüvvələri həqiqətən də Rusiya ərazisində hərbi obyektlərə hücum etmək üçün Qərb sistemlərindən istifadə etməyə başlayıb. Bu, Ukrayna ordusuna müasir çoxprofilli müharibəni daha effektiv aparmağa imkan verir.

Bu barədə EDnews Müharibə Tədqiqat İnstitutunun (ISW) hesabatına istinadən xəbər verir.

Qeyd olunur ki, Müdafiə Qüvvələrinin noyabrın 19-20-də Rusiya ərazisinə silsilə zərbələr endirməsi Ukraynanın daha mürəkkəb və effektiv zərbə paketləri yaratmaq üçün Qərbin təqdim etdiyi uzaqmənzilli silah sistemlərindən istifadə etməyə başladığını göstərir.

"Hücumlar zamanı Ukrayna Silahlı Qüvvələri, xüsusilə də, uzaqmənzilli zərbə pilotsuz uçuş aparatları və "Storm Shadow” raketlərindən istifadə edib, Rusiyanın arxa cəbhəsindəki müxtəlif hərbi hədəflərə zərbələr endirib”, deyə hesabatda qeyd edilir.

İSW həmçinin qeyd edib ki, Qərb tərəfdaşlarının Ukraynaya təqdim etdiyi sistemlər və imkanlar, həmçinin özünün müdafiə sistemlərinin sənaye istehsalı və innovasiya səyləri ölkəyə çoxprofilli, genişmiqyaslı müasir müharibəni uğurla aparmaq üçün daha böyük imkanlar verir.
 Qeyd olunur ki, Ukrayna Rusiyanın arxa cəbhəsində müxtəlif hərbi obyektlərə, o cümlədən aviabazalara, komanda qərargahlarına və artilleriya anbarlarına zərbələr endirmək üçün çox vaxt yerli istehsal olan PUA-lardan istifadənin effektivliyini artıq sübut edib.

"Ukrayna arsenalında artıq hava və dəniz pilotsuz aparatları, həmçinin Qərb tərəfindən təmin edilmiş F-16 təyyarələri, HIMARS sistemləri və ATACMS ballistik raketləri var. Baxmayaraq ki, son sistemlərin istifadə şərtləri USQ-nn istifadəsindən əldə edə biləcəyi maksimum fayda təmin etmək üçün kifayət qədər məhduddur", deyə hesabatda qeyd edilir.

İSW həmçinin bildirib ki, Qərbin Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün təchiz edilmiş silahlardan istifadə etmək imkanları ilə bağlı məhdudiyyətləri Ukrayna Silahlı Qüvvələrinin adekvat zərbə "paketləri” hazırlamaq imkanlarını məhdudlaşdırır.

"Ukraynanın Rusiyanın arxa cəbhəsinə zərbələr endirmək üçün zərbə sistemlərinin yaradılması və istifadəsini davam etdirmək, eləcə də döyüş meydanında taktiki səviyyədən əməliyyat müstəvisinə qədər zərbə endirmək üçün əlavə Qərb hərbi yardımına, eləcə də daxili innovasiyalara və istehsala ehtiyacı var”, deyə institut bildirir. 

Seçilən
17
25
ednews.net

10Mənbələr