AZ

İqor Ponomaryov: "Başımızı qaldırıb adamların gözünə baxmaq istəmirdik"

Azərbaycan millisini İsveç səfərində müşayiət edənlər arasında İqor Ponomaryov da var idi.

İdman.biz xəbər verir ki, yığmamızın sabiq üzvü Football-plus.az-a komandanın böyükhesablı məğlubiyyəti (0:6) ilə bağlı açıqlama verib:

“Söz tapmaq və bu oyunla bağlı müsbət bir şey söyləmək çox çətindi. Hər birimiz, o cümlədən meydana çıxan futbolçular da stadiondan çıxıb Bakıdakı hava limanında sərhədçilərlə qarşılaşana qədər çox utandıq. Hətta başımızı qaldırıb adamların gözünə baxmaq istəmirdik. Matçın ilk dəqiqəsindən başlayaraq çox zəif oynadıq. Elə təsəvvür yaranırdı ki, sanki uşaqlar ilk dəfə birlikdə oynayırlar. Komandaların səviyyəsi arasındakı böyük fərq görünürdü. Elə bil böyüklər uşaqlara qarşı oynayırdı.

Estoniya ilə matçla yanaşı, bu görüş də çox vacib idi. Kimlərəsə ayrı-ayrılıqda damğa vurmaq istəmirəm. Komanda var və nəticəyə görə komanda məsuliyyət daşımalıdı. Futbolçuların hazırlaşmadığını demək olmaz. Onlar bu oyunların nə dərəcədə vacib olduğunu anlayırdılar. Belə çıxır ki, rəqiblərimizdən daha zəifik. Bəlkə də indiki vəziyyətdə bir addım geri, sonra iki addım irəli atmaq daha yaxşıdı. Bunu isə zaman göstərəcək”.

İdman.biz

Seçilən
0
1
idman.biz

2Mənbələr