AZ

GCEW: 3 milyarda yaxın insan su ehtiyatının azalacağı proqnozlaşdırılan ərazidədir

Bəşər tarixində ilk dəfə hidroloji tarazlıq pozulub.

"Report" xəbər verir ki, bunu Su İqtisadiyyatı üzrə Qlobal Komissiyanın (The Global Commission on the Economics of Water - GCEW) İcraçı Direktoru Hank Ovink COP29 çərçivəsində təşkil olunmuş "İqlim üçün su: Su məsələlərinin NDCs və NAPs-a inteqrasiyası" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bu vəziyyət ədalətli, davamlı gələcəyə xələl gətirir: "Şirin su ekosistemlərinin deqradasiyası, o cümlədən torpaqda nəm itkisi iqlim dəyişikliyinin və biomüxtəlifliyin yox olmasının aparıcı qüvvəsinə çevrilib. 1 dərəcə istiləşmə atmosferdə 7 % əlavə su buxarının artması deməkdir. Bu da anomal iqlim hadisələrin olmasını gücləndirir. Nəticədə şiddətli quraqlıqlar, istilik dalğaları dünyanı risk altına qoyur. Hazırda 3 milyarda yaxın insan, dünya üzrə ərzaq istehsalının yarıdan çoxu ümumi su ehtiyatının azalacağı proqnozlaşdırılan ərazilərdədir. Bu səbəbdən daha cəsarətli və inteqrasiya olunmuş düşüncəyə, problemləri həll etmək üçün siyasət çərçivələrinin yenidən qurulmasına ehtiyac duyuruq", - deyə o qeyd edib.

Seçilən
3
report.az

1Mənbələr