AZ

Gələn il 750 metodist işə götürüləcək

“Strategiyada nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2026-cı ilin sonuna qədər müasir metodiki xidmətdə çalışan peşəkar işçilərin sayının 2250 nəfərə çatması hədəfi müəyyən edilmişdir”.

Apress.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclis komitələrinin birgə iclasında deyib.

O bildirib ki, təhsildə müasir metodiki xidmətin təşkili, bu işlərin icrası ilə bağlı növbəti ildə 750  nəfər metodistin işə cəlb olunması məqsədilə dövlət büdcəsində 7.1 milyon manat vəsait proqnozlaşdırılıb.

Seçilən
3
6
apress.az

7Mənbələr