"Qalatasaray" Heung-Min Sonu heyətinə qatmaq istəyir.
Gundem.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Tottenhem"lə müqaviləsi mövsümün sonunda başa çatacaq dünya ulduzu Heung - Min Sonla "Barselona" da maraqlanır.
"Qalatasaray" Viktor Osimhenin transferində böyük rol oynayan menecer Corc Qardiyə bu barədə tam səlahiyyət verib.
Futbolçunun gələn yay klubu ilə müqaviləsi başa çatacaq Qalatasaray əvvəlcə yanvar ayı üçün uyğun transfer haqqı təklif edəcək; Əks halda, mövsümün sonunda onu pulsuz olaraq heyətinə qatmağa çalışacaq.
Məqaləyə dair fotomateriallar: