AZ

Pensiya qrafikinin dəyişdirilməsi narazılıq naradır - Deputat

Pensiyaların qarafikinin dəyişdirilməsi bu kateqoriyadan olan şəxslərdə narazılıq yaradır. Bunu Milli Məclisin deputatı Əli Məsimli deyib.  
 
"Bakıda və Abşeron üzrə pensiyaların verilməsi müsbət haldır. Amma regionalarda pensiyaların qarafikinin dəyişməsi narazılıq yaradır. Pensiyaçıların banklara,mağazalara borcu var. Bu da ödənişi vaxtında ödəməyəndə cərimələr yaradır. Hətta bəzi insanlar var ki, yalnız pensiya məbləği ilə dolanır. Əgər bu qrafik əvvəlki qaydada verilərsə məmunluq yaradar", - deputat  Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
 
Deputat həmçinin 80 manat veteran pulunun verilməsini vacib hesab edib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
15
anews.az

1Mənbələr