Hesablama Palatası İşsizlikdən Sığorta Fondunun büdcəsi ilə bağlı təkliflər verib.
"Cebheinfo.az" xəbər verir ki, təklifləri Palatanın sədri Vüqar Gülməmmədov parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı səsləndirib.
O qeyd edib ki, büdcə sistemi haqqında Azərbaycanın büdcədənkənar dövlət fondlarının büdcələrinə dair qanunların strukturu, orda əks olunmuş göstəricilər, əlavə edilmiş sənədlər, məlumatların çeşidi, həmçinin izahatda əks etdirilməli olan məlumat və göstəricilərə dair tələbləri müəyyənləşdirən, büdcə zərfinə daxil edilməsi nəzərdə tutulan əlavələrin olmasını təklif edir:
“Bu təklifi əvvəlki illərdə də təqdim etmişik. Həmçinin, zəruri tənzimləmələrin həyata keçirilməsi ilə icbari dövlət şəxsi sığorta üzrə vəsaitlərin Dövlət Sosial Müdafiə Fondunun büdcəsində müvafiq qaydada əks etdirilməsini; 2023-cü ilin ikinci yarısından investisiya fəaliyyətinin tənzimlənməsinə dair hüquqi aktların qüvvəyə minməsi və investisiya gəlirləri əldə olunmaqla müəyyən olunmuş qaydada istifadə olunur. İnvestisiya fəaliyyəti ilə bağlı göstəricilərin də parlamentə təqdim olunmuş DSMF-nin gəlir və xərc hissəsində əks olunmasını; Hüquqi aktlara əsasən, icmal büdcənin əsas hissəsi hesab edilən fondların gəlir və xərclərinə dair göstəricilərin vahid büdcə təsnifatının funksional və iqtisadi təsnifatı paraqraflar səviyyəsində tərtib edilməsini; Fondların büdcədənkənar büdcələrinin tərkibinə yeni yanaşmanın tətbiq olunmasının zəruriliyini; Büdcədənkənar dövlət fondlarının taraz büdcə prinsipi ilə deyil, gəlir və xərc potensialı, eləcə də dövlət öhdəlikləri diqqətə alınmaqla, profisit və ya kəsr məbləğinin müəyyənləşməsi ilə tərtib olunması, eləcə də kəsrin maliyyələşmə mənbələrinin layihədə əks etdirilməsini təklif edirik”.
"Cebheinfo.az"