AZ

"Başa düşmürəm, bəlkə də onlar anlamırlar..." - Zaxarovadan xəbərdarlıq

NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq və alyansın Rusiyaya qarşı müharibəyə girməsi anlamına gələcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Estoniyanın xarici işlər naziri Marqus Tsakxının Rusiya ilə sülh sazişini möhkəmləndirmək üçün Avropa ölkələrinin hərbi qüvvələrinin Ukraynaya göndərilməsinin zəruriliyi ilə bağlı bəyanatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, NATO-da bunu anlamırlar.

“Başa düşmürəm, bəlkə də onlar anlamırlar ki, NATO kontingentinin Ukrayna ərazisində peyda olması alyansın ölkəmizə qarşı müharibəyə girməsi anlamına gələcək. Biz bu barədə onlara dəfələrlə demişik. Axı bu, təkcə Avropa üçün deyil, bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Seçilən
7
3
azpolitika.info

6Mənbələr