AZ

Ülviyyə Həmzəyeva:Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü münasibəti ilə təbrik edir, ölkəmizə firavanlıq, sülh və tərəqqi arzu edirəm

Dəyərli dostlar, siyasi həmfikirlər!
Başda Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandan İlham Əliyev olmaqla bütün xalqımızı, xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü münasibəti ilə təbrik edir, ölkəmizə firavanlıq, sülh və tərəqqi arzu edirəm.

Yeni Azərbaycan Partiyasının yaranması, böyük tarixi təlatümlərin yaşandığı bir dövrdə, müdrik xalqmızın gələcək ümidlərini və taleyin dahi siyasi xadim və qüdrətli şəxsiyyət Heydər Əliyevə bağlaması ilə başlamışdır.
Böyük şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi, müasir dünya tarixində parlaq və silinməz iz qoymuşdur.
Ümumilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xəttlə inamla irəliləməklə böyük yol qət edərək inkişafa və tərəqqiyə nail olmuşdur. Bu siyasi xətti əzmlə irəli aparan isə Ulu Öndərin layiqli davamçısı, praqmatik dövlət xadimi, dünya miqyasında böyük hörmət və nüfuza malik lider siyasətçi, Prezidentimiz İlham Əliyevdir.
Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimiz ruhunda keçirilən sonuncu qurultayı partiyamızın yeni hədəflərini müəyyən etdi. Partiyamız da Azərbaycanımız kimi yeni nəfəs alaraq yeniləndi və yeni tərkiblə formalaşaraq daha geniş üfüqlərə doğru irəliləməyə başladı. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini seçilməsi də bu yeniliklər sırasında oldu. Bu yeni dövrdə, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanı zirvələrə yüksəldən dövlət başçısı İlham Əliyev və yaxın silahdaşı Birinci vitse-prezident Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının qarşısında dayanan vəzifələrin uğurla icra edilməsi istiqamətində yorulmaz fəaliyyət göstərirlər.
Yeni Azərbaycan Partiyasının VII qurultayında dövlət başçısı, YAP Sədri İlham Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə bütün proseslərin mərkəzində olacaq”. Bununla da yeni Azərbaycanın bundan sonrakı parlaq gələcəyinin, firavan həyatının Yeni Azərbaycan Partiyası ilə mümkün olacağını bildirmişdir.
Bu gün Yeni Azərbaycan Partiyası/ öz geniş əlaqələri ilə də, yeni üfüqlərə doğru yeni yollar açır və Azərbaycanın quruculuğuna öz böyük töhfəsini verir. Biz birliyimizlə güclüyük!

Ülviyyə Həmzəyeva
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin ,
Milli Məclisin üzvü

Seçilən
22
yenigundem.az

1Mənbələr