AZ

Hər zaman öz idarəetmə strategiyası ilə uğur və nüfuz qazanan Yeni Azərbaycan Partiyası

Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilmişdir. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır.

Bu gün cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir. Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün Yeni Azərbaycan Partiyası hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi Yeni Azərbaycan Partiyasının təşəbbüsləri ilə zənginləşir. VII qurultayda qəbul olunmuş qərarlar partiyanın “iqtidar-xalq” modelinin qüsursuz fəaliyyətətini, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirir.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli iclasında təsdiq edilmiş Partiyanın yeni Proqramı 5 – “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” fəsillərdən ibarətdir. Həmçinin Partiyanın siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət, 11 strateji hədəf və Partiyadaxili münasibətləri xarakterizə edən əsas meyarlar müəyyən olunub.

Ölkəmizdə Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir.

Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı

Seçilən
18
yenigundem.az

1Mənbələr