Hesab edirəm ki, təcrübəli, savadlı bir adam daxili işlər naziri olmalı idi. Mən o qızı tanımıram, bəlkə də yaxşı hüquqşünasdır, amma idarəçilikdə özünü necə aparacağını deyə bilmərəm.
Teleqraf.com xəbər verir ki, bu sözləri Arpin Sərkisyanın Ermənistanın daxili işlər naziri təyin edilməsini şərh edən ölkənin keçmiş polis rəisi Alik Sərkisyan deyib.
Sabiq rəis ölkənin bütün polis sisteminin 30 yaşlı bir qıza tapşırılmasının doğru olmadığını bildirib:
“Niyə Paşinyanın seçiminin bu olduğunu söyləmək çətindir. Nə deyirlər desinlər, bütün səbəblər mənim üçün anlaşılmaz və məntiqsizdir. Görünür, onlar bu qızı təyin etməyi məqsədəuyğun hesab ediblər. Yəqin bəzi hesablamaları var ki, bunlardan da yalnız özlərinin xəbəri var.
O qadındır, çölə çıxmayacaq, kabinetdə oturub işi tənzimləyəcək”.
Baş nazir Nikol Paşinyan hökumətin son iclasında səbrinin tükəndiyini və hüquq-mühafizə sistemindən konkret nəticələr tələb etdiyini açıqlamışdı. Paşinyanın narazılığından sonra bəzi məmurlar, eləcə də onun sinif yoldaşı Vahe Qazaryan daxili işlər naziri postundan uzaqlaşdırılıb. Qazaryanın yerinə 30 yaşlı qadının təyin edilməsi ölkədə birmənalı qarşılanmayıb, buna etiraz edənlər olub.