AZ

Qadınların sevimli avtomobili: "KİA"nın modeli bir türkə məxsusdur

Berk Erner 1990-cı ildə ABŞ-nin Çikaqo şəhərində anadan olub. Anası memar, atası elektronika mühəndisi olan Berk Türkiyəyə köçdükdən sonra gəncliyinin böyük hissəsini İstanbulda keçirib. Ailənin tək övladı olması isə hələ uşaq yaşlarında özünə bir çox məşğuliyyətlər tapmağa sövq edib. Ən sevimli məşğuliyyəti isə rəsm çəkmək olub. Rəsmlərin çoxu avtomobil şəkilləri idi. Sadə kağız və qələmlə müxtəlif avtomobil modelləri çəkən Berk bununla da avtomobil dizayneri olmaq yolunda ilk addımlarını atıb.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən kağız və qələmlə başlayan avtomobil dizaynerliyinin ən məşhur avtomobil markası KİA-ya uzanan yolunu təqdim edir. Berk həmin günləri belə xatırlayıb: “Avtomobillərə böyük marağım avtomobil jurnallarında şəkillərə baxmaqla başladı. Sonralar bu maraq və sevgi qat-qat artdı. Təxminən 8-9 yaşlarımda bəyəndiyim avtomobilləri hazırlayan avtomobil dizaynerlərinin olduğunu öyrəndim və o gündən etibarən həyatımla nə etmək istədiyimə qərar verdim. İndi çox xoşbəxtəm ki, özümü dərk etdim, uşaqlıq arzusumu gerçəkləşdirdim”. İbtidai, orta və lisey təhsilini İstanbulda başa vuran dizayner Berk 2009-cu ildə Koç Liseyini bitirib. Daha sonra İncəsənət Mərkəzi Dizayn Kollecinin Nəqliyyat Dizaynı şöbəsinə qəbul olunub. 2014-cü ildə universiteti bitirərək peşə həyatına başlayıb. 2018-ci ildə "Kia"nın dizayn komandasına qoşulan gənc dizayner EV9 modeli ilə ilin dizaynı mükafatını almağa müvəffəq olub və bunun üçün "Kia" dizayn prosesini tamamilə ona həvalə edib. Bir avtomobilin dizayn prosesinin təxminən 5 il davam edən uzun bir proses olduğunu ifadə edən Berk, “Hər bir layihə kimi, EV9 layihəsi də "Kia"nın müxtəlif coğrafiyalarındakı dizayn studiyaları arasında rəqabət kimi başladı və bir neçə aradan qaldırılma mərhələsindən keçərək seçildi. "Biz əvvəlcə kiçik miqyasda, daha sonra isə tam ölçülü gil modellərlə baxışımızı əks etdirən rəsmlərlə başlayan layihəni inkişaf etdirdik. Bu müddət ərzində bir çox sınaqlardan keçən EV9, şirkətdən aldığımız geribildirimlərlə indiki şəklini aldı. Mühəndislər, əlbəttə ki, biz layihəyə başladığımız zaman bu vasitənin gələcəyini, hansı mühitdə yer alacağını təxmin edə bilirdik. EV9-un 2024-cü ildə dünyanın ən prestijli üç dizayn mükafatını alması həm məni, həm də bir hissəsi olduğum komandanı xoşbəxt etdi. Ardınca “Red Dot”da verilən “Ən yaxşıların yaxşısı” mükafatını qazandıq. Anadolu Qrup markalarından biri olan "Kia", təşkil etdiyi tədbirdə tam elektrikli EV6 və Niro EV modellərindən sonra bu ilin əvvəlində ölkəmizdə satışa çıxarılan EV9-u təqdim edib. Etibarlı dizaynı ilə diqqət çəkən tam elektrik Kia EV9 qadınlar tərəfindən 2024-cü il üçün dünyanın ən yaxşı avtomobili seçilib”. Hazırda "Kia"nın Amerika Dizayn Studiyasında gələcək "Kia" modelləri üzərində işləyən Berk Erner onun uğurunun əsasını təşkil edən elementləri belə ümumiləşdirir: "Əslində, sadəcə olaraq, gördüyüm işi sevdiyim üçün uğurlu olduğumu düşünürəm. Hansı işə başlasan da, uğur qazanmaq üçün uzun müddət böyük səy və fədakarlıqla çalışmaq lazımdır. İnsana motivasiya verən işinə olan sevgidir”. 

Seçilən
55
sherg.az

1Mənbələr