2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 205 milyon 427 min dollar dəyərində 948 min 815 ton buğda idxal edilib.
Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 0.05% və ya 463 ton, məbləğ baxımından isə 17% və ya 41.9 milyon dollar azdır.