Bakıda keçirilən BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivəs Sazişinin Tərəflər Konfransı COP29 mükəmməl təşkil edilib.
7Times.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Rusiyanın COP29-da geniş təmsil olunduğunu xatırladan Zaxarova qeyd edib ki, bu, ölkəsinin iqlim dəyişikliyi ilə mübarizədə səylərin birləşdirilməsinin ardıcıl tərəfdarı olduğunu bir daha sübut edir.
Rusiya XİN sözçüsü ölkəsinin COP29-dakı nümayəndə heyətinin rəsmi Bakı tərəfindən yüksək səviyyədə qəbul olunduğunu söyləyib:
“Əminik ki, COP-un Azərbaycanda keçirilməsi beynəlxalq arenada Bakının nüfuzunu artıracaq. Xüsusilə, tədbirdə belə nəticələr, uğurlar, səviyyə nümayiş olunub. Biz iqlim istiqamətində Azərbaycan və bütün digər maraqlı dövlətlərlə əməkdaşlığı möhkəmləndirməyi davam etdirməyi hədəfləyirik”.