AZ

COP29: Cənubi Koreya 2030-cu ilə qədər şəhər yaşıllıqlarını artırmağı planlaşdırır

Cənubi Koreya, 2030-cu ilə qədər şəhər yaşıllıqlarının payını 60 faizə çatdırmağı planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın BMT-dəki daimi nümayəndəsi Yon Çxol Çju, Bakıda keçirilən COP29 sammitində milli bəyanatla çıxış edərkən məlumat verib.

Yon Çxol Çju bildirib ki, Cənubi Koreya, qlobal problemlər, o cümlədən pandemiya dövrü kimi çətin vaxtlarda belə yaşıllıqların artırılması layihələrini davam etdirib.

O, həmçinin, ölkənin "yaşıl" iqtisadiyyata keçid istiqamətində fəal işlər apardığını, xüsusilə günəş və külək enerjisinə diqqət yetirdiyini qeyd edib. Bununla yanaşı, Cənubi Koreya davamlı inkişafı təmin etmək məqsədilə orta və uzunmüddətli yaşıl inkişaf planını hazırlayıb.

Yon Çxol Çju, həmçinin, Paris İqlim Sazişlərinin həyata keçirilməsi və İtki və Zərər Fondu kimi mexanizmlərin yaradılmasına diqqət ayırdıqlarını vurğulayıb.

Fuad Mədətov
Fins.az

Seçilən
9
fins.az

1Mənbələr