AZ

AFF Nagelsmannla danışıqlara başladı

Millinin baş məşqçisi Julian Nagelsmann müqaviləsinin müddətini uzatmaq üçün Almaniya Futbol Federasiyası ilə danışıqlar aparır.

Fanat.Az xəbər verir ki, məlumatı "Bild" nəşri yayıb. 

37 yaşlı mütəxəssisin hazırkı müqaviləsi 2026-cı ilə - ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının sonuna qədər nəzərdə tutulub. 

Nagelsmann milli komandaya qədər “Hoffenhaym”, “Leypsiq” və “Bayern Münhen”in baş məşqçisi vəzifəsində çalışıb. Münhen klubu ilə o, Almaniya çempionu olub və iki dəfə ölkə Superkubokunu qazanıb.

Nagelsmann 2023-cü ildən Almaniya millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında yığma ölkəsində təşkil olunan AÇ-2024-ün 1/4 finalında son çempion İspaniyaya uduzub. 

Almaniya son Millətlər Liqasında qrup qalibi olaraq turnirin 1/4 finalına vəsiqəni təmin edib. 

Mirağa

Seçilən
18
fanat.az

1Mənbələr