AZ

Trampdan Türkiyəyə qarşı düşmən addım: Onları inauqurasiya mərasiminə dəvət etdi

Türkiyə ilə ABŞ arasında yeni qalmaqal yaşanır.

Publika.az xəbər verir ki, Türkiyə mətbuatında qeyd edilib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası Türkiyəyə qarşı “düşmən addım atıb”.

İddialara görə, Tramp Mazlum Kobani və Türkiyə tərəfindən terrorçu kimi tanınan Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadının rəhbəri İlham Əhmədi inauqurasiya mərasimində iştirak etmək üçün ABŞ-a dəvət edib.

Onu da qeyd edək ki, Kobani daha əvvəl Trampı ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik etmişdi.

“Prezident Donald Tramp, sizi seçkilərdə qələbəniz münasibətilə təbrik edirəm. Mən əvvəllər olduğu kimi birgə işləməyi, əməkdaşlığımızı gücləndirməyi və regionu sabitləşdirməyi səbirsizliklə gözləyirəm”, - Kobani yazıb.

Seçilən
45
2
publika.az

3Mənbələr