AZ

Ursula fon der Leyen təyyarədə halı pisləşən sərnişini xilas etdi

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen “Swiss Air”in “LX780” reysi ilə uçan sərnişinə tibbi yardım göstərib.

Qaziler.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Mənbənin sözlərinə görə, noyabrın 21-də günorta saatlarında Sürixdən Brüsselə gedən “LX-780” təyyarəsindəki şəxsin vəziyyəti pisləşib və ekipaj ənənəyə uyğun olaraq, tibb bilənlərdən xəstə üçün kömək istəyib.

“Sərnişinlərdən birinin köməyə ehtiyacı olanda biz Brüsselə qayıdırdıq. Həmişə olduğu kimi, ekipaj tibbi bilikləri olanlardan kömək etmələrini istədi. Təyyarə Brüsselə təhlükəsiz eniş edənə qədər Ursula fon der Leyen həmin şəxsə ilk yardım göstərdi. Yerə endikdən sonra onu qara rəngli “Mercedes” apardı”, - sərnişinlərdən biri deyib.

Təyyarə yerə enən kimi həkimlər dərhal xəstəni qarşılayıblar.

Nəşrin yazdığına görə, Ursula fon der Leyen rəsmi görüşlərindən birində tələsdiyi üçün hadisə yerindən tez ayrılıb.

QAZİLER.AZ

Seçilən
11
qaziler.az

1Mənbələr