AZ

Orban: Qərbin 500 illik hökmranlığı sona çatdı, Avrasiyanın çağı açılır

Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, Qərbin hökmranlığı dövrü başa çatıb və növbəti əsr Avrasiya əsri olacaq.

Avrasiya Forumunda çıxışı zamanı Orban Qərb sivilizasiyasının 500 illik hökmranlığının sona çatdığı fikrini bildirib.

Qərb dünyasında liberal mütərəqqi hökmranlıq sona çatdı.

Onun sözlərinə görə, dünyanı Qərb modeli üzrə təşkil etmək ideyası iflasa uğrayıb. Orban hesab edir ki, Asiya ölkələri güclənib, dünya iqtisadiyyatının mərkəzi Şərqə keçib.

O əlavə edib ki, növbəti əsr Avrasiya əsri olacaq, çünki dünya əhalisinin 70%-i bu qitədə yaşayır.

Macarıstanlı siyasətçi “Avropa dünyada bugünkü dəyişikliklərin uduzan tərəfdir” dedi.

Əvvəllər Orban enerji qiymətlərinin artmasına səbəb olduğu üçün Rusiyaya qarşı sanksiyalara yenidən baxılmasının tərəfdarı olduğunu deyib

DOĞRU.AZ

Seçilən
7
dogru.az

1Mənbələr