AZ

Növbəti il dəfn müavinəti üzrə xərclərin 7,5% artacağı proqnozlaşdırılır

Dəfn müavinəti ilə əhatə olunmuş şəxslər sırasından əmək pensiyaçılarının yüksək xüsusi çəkiyə malik olması və cari il üçün dinamikaya əsaslanmaqla növbəti ildə əmək pensiyalarının minimum məbləğinin artırılması şərti ilə bu müavinət növünə tələb olunan vəsaitin məbləğinə yenidən baxılması zərurəti yarana bilər...

Poliqon xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilib.

Qeyd edilib ki, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər içərisində xüsusi çəkisinin həcminə görə 3-cü müavinət növü dəfn üçün müavinətlərdir. Dəfn üçün müavinətlər üzrə xərclər cari ildə ötən ilin icrasına nisbətən 18,1% artım tempi ilə proqnozlaşdırılmışdır. Cari ilin I yarısında 20311 nəfərə görə dəfn müavinəti ödənilmişdir ki, bu da cari ilin proqnoz göstəricisinin 48,4%-i həcmindədir. I yarımillik dövr üzrə dəfn müavinətinə xərc edilmiş vəsait isə 16,76 mln. manatdır. Bu ilin sonuna gözlənilən xərcin 45,2%-i deməkdir. İzahata əsasən qeyd edək ki, növbəti ildə dəfn müavinəti ilə əhatə olunacaq sığortaolunanların sayı cari ilin proqnoz göstəricisi ilə müqayisədə 490 nəfər və ya 1,2% az proqnozlaşdırılmışdır. Növbəti ildə dəfn müavinəti üzrə xərclər cari ilin sonuna gözlənilən icra göstəricisindən 7,5% artımla proqnozlaşdırılıb.

“Büdcə zərfi”nə əlavə edilmiş İzahata görə, növbəti ildə dəfn müavinəti ilə bağlı xərclərin hesablanması məqsədilə bu müavinətin təyin edilcəyi 41500 halın nəzərdə tutulduğu, cari ildə müavinət təyin edilmiş halların əsas hissəsinin (cari il üzrə 95,9%-nin) əmək pensiyaçılarını əhatə etməsi nəzərə alınsa, aparılan hesablamalar Layihəyə daxil edilmiş vəsaitin 97,8%-ə bərabər olan məbləğin tələb olunacağını göstərir. Növbəti ildə əvvəlki ildə vəfat etmiş şəxslərin dəfn müavinəti ilə bağlı sənədlərin təqdim edilməsi və ya sığortaolunanlar üzrə də birdəfəlik dəfn müavinətinin məbləğinin artırılacağı təqdirdə dəfn müavinəti üzrə xərclərə yenidən baxılması zərurəti yarana bilər.

Poliqon.info

Seçilən
0
11
poliqon.info

10Mənbələr