"Union Berlin"in baş skautu Oliver Ruhnert Almaniya parlamentinə seçkilərdə iştirak etdiyi üçün yanvar ayından etibarən klubdakı fəaliyyətini dayandıracaq.
Publika.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat verib.
Runertin 2025-ci ilin fevralında keçiriləcək erkən seçkilərdə parlamentə düşmək şansı yüksəkdir.
Maraqlıdır ki, Oliver daha əvvəl İzerlon şəhərində siyasi fəaliyyətlə məşğul olub. Orada da Bundestaq deputatlığına namizədliyini irəli sürüb, lakin uğursuz olub.
"Get Football News"un məlumatına görə, o, seçkidə uduzsa, "Union"da işinə qayıdacaq.