"Landau Technologies" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv edilməsi haqqında qərar qəbul edilib.
Valyuta.az xəbər verir ki, Cəmiyyətin Ümumi Yığıncağı dünən hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edib.
Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə ev.37A, m.46 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, MMC ötən ilin dekabrında dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Həsənov Elnur Tofiq oğludur.
Əvəz Həsənov